Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırıldı

Hazırda oxunan: Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırıldı

92339

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Cənubi Afrika Respublikasının Mpumalanqa əyalətində dabaq, Hindistanın Himaçal-Pradeş, Dehli, Çhattisqarh və Orissa ştatlarında nodulyar dermatit, İspaniya Krallığının Estremadura muxtar icmasında, Portuqaliyanın Evora dairəsində və Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Cənubi Afrika Respublikasının Mpumalanqa əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Hindistanın Himaçal-Pradeş, Dehli, Çhattisqarh və Orissa ştatlarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən İspaniya Krallığının Estremadura muxtar icmasından, Portuqaliyanın Evora dairəsindən və Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin