Zərif Azərbaycana gəlir - İranın Qarabağdakı maraqları

Hazırda oxunan: Zərif Azərbaycana gəlir - İranın Qarabağdakı maraqları

9204

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  2021-ci il 24-25 yanvar tarixlərində Azərbaycan Respublikasına səfər edəcək.

Bizim.Media-ya  İranın Azərbaycandakı Səfirliyindən  verilən məlumata görə, səfər zamanı o, Prezident İlham Əliyev, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və həmkarı Ceyhun Bayramov ilə görüşəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada Qarabağ danışıqları - Lavrovla Zərif bir araya gələcək


"Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Buraya iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq və s.), İranın 10 Noyabr Bəyanatı (Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmışdır) formatında altı tərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı,  Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı daxildir", - deyə məlumatda bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin