Daşqın Pakistan iqtisadiyyatına 12 milyard dollardan çox ziyan vurub

Hazırda oxunan: Daşqın Pakistan iqtisadiyyatına 12 milyard dollardan çox ziyan vurub

92036

Daşqınlar nəticəsində Pakistan iqtisadiyyatına dəyən ziyan 10-12,5 milyard dollar təşkil edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” yerli mətbuata istinadən yayıb.

Mənbə qeyd edib ki, ölkənin 118 bölgəsində əhalinin 37 faizi daşqınların təsiri altında yoxsulluq həddindən aşağı düşüb.

Vurğulanır ki, Pakistan hakimiyyəti cari maliyyə ilində iqtisadi artımı 5 faizə çatdırmağı hədəfləyərək bu rəqəmi 2 faizə endirəcək.

Kənd təsərrüfatında artım tempinin 1,8 faizə, xidmət sektorunda isə 2 faizə qədər azalacağı güman edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin