Avropa Birliyi (AB) Rusiyadakı diplomatik missiyasının rəhbərini, almaniyalı diplomat Markus Edereri dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı Brüsseldəki mənbələrə istinadən yayıb.
“Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Rolan Qalyaraq tutacaq” deyən mənbə bu rotasiyanın planlaşdırıldığını vurğulayıb.
Ederer 2017-ci ilin oktyabrından AB-nin Rusiyadakı missiyasına rəhbərlik edib.
O, həmçinin Normandiya formatında (Almaniya, Fransa, Ukrayna, Rusiya) Ukrayna böhranı üzrə dördtərəfli danışıqların hazırlanmasına öz töhfəsini verib.
Xatırladaq ki, bu gün ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan da rəsmi Vaşinqton tərəfindən geri çağırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:59 / 04.09.2022
Avropa Birliyi də Rusiyadakı səfirini geri çağırdı
Hazırda oxunan: Avropa Birliyi də Rusiyadakı səfirini geri çağırdı
Hazırda oxunan: Avropa Birliyi də Rusiyadakı səfirini geri çağırdı
92032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.