Zatulin Putinə qarşı çıxdı – “Kremlin sahibi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir”

Hazırda oxunan: Zatulin Putinə qarşı çıxdı – “Kremlin sahibi Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir”

91955

Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının bədnam deputatı Konstantin Zatulin ölkəmizin ərazi bütövlüyünə hörmətsiz münasibətini bir daha göstərib. O, “Arsax (Qarabağdakı qondarma rejim) xalqını “Respublika günü” münasibətilə təbrik edib.

Bizim.Media xatırladır ki, Soçi sakinləri tərəfindən seçilən Zatulin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mütəmadi olaraq sərt ifadələr səsləndirir.

O, əvvəllər Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər edib. Bu baxımdan rəsmi Bakı tərəfindən uzun müddətdir ki, “qara siyahı”ya salınıb. 

Rusiyalı siyasətçinin, üstəlik, hakim “Vahid Rusiya” partiyasından olan deputatın bu cür hərəkətləri ölkənin ali rəhbərliyinin mövqeyi ilə necə əlaqələndirilir? Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

“Dağlıq Qarabağ ərazisi beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın bir hissəsidir”, - Putin 2020-ci ilin dekabrında illik mətbuat konfransında TASS-ın sualını cavablandırarkən deyib.

“Beynəlxalq hüquqi baxımdan mən də bu barədə danışmışam, bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - Putin vurğulayıb.

O, qeyd edib ki, “Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırdı” və bu halı nəzərə alaraq, “Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından da Azərbaycandır”.

Qəribədir, dövlət başçısı bir söz deyir, hakim partiyadan olan deputat isə bunun tam əksini sayaqlayır. Bu yaxınlarda Zatulin “Vahid Rusiya”nın Baş Şurasının katibi, Federasiya Şurasının birinci vitse-spikeri Andrey Turçakdan Qazaxıstan ərazisi ilə bağlı təxribat xarakterli bəyanatına görə ciddi tənbeh almışdı. “Zatulin diqqətini öz komitəsinin funksiyalarına yönəltməlidir, onlardan ən mühümü keçmiş SSRİ ölkələri ilə müttəfiqlik və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsidir. O, şəxsi fikrini ifadə edib”, - Turçak bildirib.

Əgər Zatulin Moskvada susdurulmayıbsa və Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz münasibətinə görə cəzalandırılmayıbsa, o zaman Bakıda, bütün bunlardan müvafiq nəticə çıxarmağa dəyər. Axı, Dövlət Dumasının daha bir deputatı Mixail Delyaginlə bağlı presedent var. Onun barəsində Azərbaycanın Baş Prokurorluğu respublikanın enerji infrastrukturunu və neft sənayesini məhv etməyə çağırışı faktı ilə bağlı cinayət işi açıb. O, barəsində həbs-qətimkan tədbiri seçilərək İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. 

Zatulinin də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsi cinayət təqibi ilə nəticələnməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin