"Zaporojye" AES elektrik şəbəkəsindən ayrıldı

Hazırda oxunan: "Zaporojye" AES elektrik şəbəkəsindən ayrıldı

91941

Rusiya ordusunun nəzarətində olan "Zaporojye" AES elektrik şəbəkəsindən ayrılıb.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) stansiyada daimi əsasda fəaliyyət göstərən əməkdaşı məlumat verib.

Bununla yanaşı, fəaliyyətdə olan 2 reaktordan biri dayandırılıb. Digər reaktor isə yalnız stansiyanın zəruri ehtiyaclarını ödəmək üçün işləyir. Bu ehtiyaclara ilk növbədə reaktorların soyudulması, işıqlandırma və təhlükəsizlik sistemlərinin işləməsi daxildir.

Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən "Zaporojye" AES martın 4-də Rusiyanın nəzarətinə keçib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin