Salvador həbsxanalarından birində “Barrio 18”x9d cinayətkar birliyinin fraksiyaları arasında baş verən münaqişə nəticəsində 14 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə La Jornada nəşri məlumat yayıb.
Məlumata əsasən, hadisə ölkə paytaxtı San-Salvadordan şimalda Kesaltepeke qəsəbəsində yerləşən təcridxanada baş verib. Qarşıdurmda özlərini “Cənub”x9d və “İnqilabçılar”x9d adlandıran fraksiyalar iştirak edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ölənlərin meyitləri zibil konteynerlərində aşkarlanıb.
Ehtimal edilir ki, zorakılığa cinayətkarların öz sıralarını təmizləməsi istəyi səbəb olub.
“Barrio 18”x9d “Mara Salvatruça”x9d ilə birlikdə Salvadorda ən təhlükəli banda hesab olunur.
Faktla bağlı cinyaət işi açılıb, təhqiqata başlanılıb.






























































































