ABŞ Lavrov və Zaxarovanın viza tələblərinə MƏHƏL QOYMUR  

Hazırda oxunan: ABŞ Lavrov və Zaxarovanın viza tələblərinə MƏHƏL QOYMUR  

91828

ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və nazirliyin nümayəndə heyətinin viza tələblərinə məhəl qoymur.

Bizim.Media “reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzin təşkilatın baş katibi Antonio Quterreşə ünvanladığı məktubda narahatlığını ifadə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Aİ-Rusiya arasında sadələşdirilmiş viza rejimi dayandırılır


​​​​​​​Belə ki, iki həftə sonra baş tutacaq BMT Baş Assambleyasının illik iclası üçün Nyu-Yorka getmək istəyən Rusiya XİN rəsmiləri ABŞ hökumətinə müraciət ünvanlayıblar.

Lakin Moskvanın Vaşinqtondan tələb etdiyi 56 viza müraciəti hələ də cavabsız qalıb. Rusiyanın BMT-dəki səfiri məktubunda son aylarda ABŞ-ın BMT-nin müxtəlif tədbirləri üçün ruslara giriş vizalarının verilməsindən daim imtina etməsindən narahat olduğunu bildirib.  

ABŞ dövlət katibi Entoni Blinken isə məsələ ilə bağlı bunları deyib:  

“Viza məlumatı məxfi olduğu üçün bu cür fərdi halları müzakirə edə bilmərik. Lakin ABŞ BMT-nin mənzil qərargahına ev sahibliyi edən ölkə kimi öz öhdəliklərinə ciddi yanaşır”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin