Türkiyənin 11-ci prezidenti Abdullah Gül oğlu Əhməd Münir Gülü evləndirib.
Avropa.info xəbər verir ki, Hacettəpe Tibb Fakültəsinin son kurs tələbəsi olan Əhməd Münir Gül ilə Zəhra Aişə Karadərə cütünün toyunda mərasiminə təxminən 1500 dəvətli iştirak edib.
Əhməd Münir Gülün nikah şahidliyini prezidenti Ərdoğan, baş nazir Davudoğlu və Parlament sədri İsmət Yılmaz edərkən Zəhra Aişə Karadərənin şahidi isə dayısı Məhərrəm Ceyran olub.
Abdullah Gül toy zamanı qısa çıxış edərək qonaqlara iştirak etdiklərinə görə təşəkkür edib. Gül gənc cütlüyün nikah mərasiminə çələng və gül göndərilməməsini, bunun əvəzinə Kayseridəki Abdullah Gül Universitetinin yeni tədris korpusunda meşə salınmasına kömək edilməsini istəyib.
Təxminən min beş yüz dəvətlilərin qatıldığı nikah mərasimi Qurani Kərim tilavəti ilə başlayıb nikah mərasimi ilə sona çatıb.






































































































