Dahilər təkcə yaratdıqları ilə deyil, həm də yaradılanlara münasibətləri ilə seçilib. Onalar ona görə dahi olublar ki, bütün materiyaya tam fərqli, sevgi ilə və yaradıcı gözlə baxıblar. Onlar bəzən yaşadıqları dövrdə o qədər də sevilməsələr də 10 və 100 illiklər sonra layiq olduqları sevgini və ehtiramı qazanıblar. Təkcə adları, yaratdıqları deyil, həm də yaşadıqları ehtiramla yad edilib, anılıb...
Bizim.Media dünya ədəbiyyatında dərin iz buraxmış belə şəxsiyyətlərdən biri olan Frans Kafka haqqında bir həyat hekayəsini təqdim edir.
Frans Kafka cəmi 40 il yaşadı. Vərəm xəstəliyindən çox tez həyatını itirdi.
Çox zaman yalqız dolaşan Frans Kafka bir dəfə Berlində parkda gəzərkən sevimli gəlinciyini itirdiyi üçün ağlayan bir qızcığazla rastlaşır. Sevimli gəlinciyini itirdiyi üçün qızcığaz dayanmadan ağlayırmış. Kafka qıza gəlinciyi birgə axtarmaq təklifi edir. Razılaşırlar. Lakin, onların axtarışı uğursuz olur.
Kafka qızcığaza deyir ki, ertəsi gün onu orada gözləsin və gəlinciyi axtarmağı yenə davam etsinlər.
Ertəsi gün onlar görüşür və axtarışı davam etdirirlər. Lakin, heç nə tapmırlar. Bu zaman, Kafka qıza gəlinciyin “yazdığı” məktubu verir. Məktubda yazılmışdı ki, “Xahiş edirəm, ağlama. Dünyanı görmək üçün səyahətə çıxdım. Sənə öz macəralarımdan yazacam”.
Beləliklə, Kafkanın həyatının sonuna qədər davam edəcək gözəl bir hekayə başlayir.
Görüşlərin birində Kafka gəlinciyin sərgüzəştlərini təsvir edən qeydlərini və qızın cazibədar hesab etdiyi “gəlinciyin söhbəti”ni oxuyur.
Nəhayət, növbəti dəfə Berlinə qayıdan (sadəcə əvvəllər aldığı) gəlinciyi qıza hədiyyə edir.
"Bu mənim gəlinciyimə heç bənzəmir" – deyə qız mızıldanır.
Kafka bu zaman gəlinciyin “yazdığı” başqa bir məktubu verir. Məktubda 3 söz yazılmışdı:
"Səyahətlərim məni dəyişdi". Bundan sonra balaca qız yeni gəlinciyini qucaqlayır və sevincək evə qayıdır.
Bu görüşdən bir il sonra yazıçı vəfat edir. Uzun illər sonra yetkinlik yaşına çatan qız gəlinciyin içərisindən bir məktub tapır. Kafkanın imzası olan kiçik məktubda yazılmışdı:
"Sevdiyin hər şey itiriləcək, amma sonda sevgi başqa cür geri qayıdacaq".
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
20:00 / 03.09.2022
Kafkanın balaca qızcığaza yazdığı MƏKTUB – “Sevdiyin hər şey itiriləcək...”
Hazırda oxunan: Kafkanın balaca qızcığaza yazdığı MƏKTUB – “Sevdiyin hər şey itiriləcək...”
Hazırda oxunan: Kafkanın balaca qızcığaza yazdığı MƏKTUB – “Sevdiyin hər şey itiriləcək...”
91698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.