Lukaşenko Corc Sorosun pulundan necə imtina etdiyini AÇIQLADI

Hazırda oxunan: Lukaşenko Corc Sorosun pulundan necə imtina etdiyini AÇIQLADI

91571

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, 90-cı illərdə amerikalı milyarder Corc Soros ona vətəndaşların şüurunda “yalançı tarixi həqiqət” formalaşdırmaq layihələri üçün pul təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “news.ru” saytında yerləşdirilib.
Lukaşenko Sorosun təklifindən imtina etdiyini xatırladıb:

“Minsk hələ o zaman suveren siyasət yeritməyə, öz dərsliklərini nəşr etməyə çalışırdı və buna görə Qərb ona “nifrət edirdi.
Soros birinci mənim yanıma gəldi, “tarixi həqiqət” layihəsi, dərsliklər və s. üçün pul gətirdi. Mən ona səmimi dedim:

“Daha bura gəlmə. Sənin siyasətini həyata keçirməyəcəyəm”. Məhz o zaman mən “totalitar diktator”a çevrildim və hamı mənə və ölkəmizə nifrət etdi. Nə üçün? Ona görə ki, biz öz dərsliklərimizi yazmaq, öz həyatımızı qurmaq, suveren və müstəqil olmaq istəyirdik”, - Lukaşenko bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin