NATO Türkiyəyə təbrik yazıb, sonra niyə sildi? – TƏFƏRRÜAT 

Hazırda oxunan: NATO Türkiyəyə təbrik yazıb, sonra niyə sildi? – TƏFƏRRÜAT 

91530

NATO Müttəfiq Quru Komandanlığının 30 avqust Türkiyənin Zəfər Bayramı səbəbiylə sosial media hesabında paylaşdığı təbrik mesajını bir gün sonra silib. Bundan əvvəl təbrik mesajı NATO-nun rəsmi "Twitter" hesabından da silinib.

Qeyd edək ki, NATO-nun təbrik mesajından sonra yunan mediasında qərəzli yazılar dərc edilib.

Görünür, bu amil NATO-nu sosial mediada paylaşdığı təbrik mesajını sonradan silməyə vadar edib. Bu isə Türkiyənin müstəqilliyinə hörmətsizlik olmaqla yanaşı, həm də müttəfiqlik münasibətlərinə ziddir.  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov NATO-nu müttəfiqi Türkiyəyə münasibətdə ikili yanaşma sərgiləməkdə günahlandırdı: 
 

MÖVZU İLƏ BAĞLI:

NATO Türkiyə ilə bağlı təbrik mesajını sildi


NATO Müttəfiq Quru Komandanlığının Türkiyənin Zəfər Bayramı ilə bağlı təbrik mesajı ünvanlayıb, sonradan onu silməsi çoxlu suallar yaradıb. Türkiyə 1952-ci ildən NATO ölkəsidir.

Həmçinin, Türkiyə NATO-nun cənub qanadının ən güclü ölkəsidir. Bütövlükdə isə qurumda gücünə görə Türkiyə yalnız ABŞ-dan geri qalır. Belə olan halda, NATO üçün Türkiyə kimi əvəzolunmaz müttəfiqlə bağlı sərgilənən həmin davranış anlaşılmazdır və suallar yaradır. Bu suallar cavabını gözləyir. 

Cavablardan biri Türkiyə Prezidenti Ərdoğanın kifayət qədər müstəqil siyasət həyata keçirməsilə, dövlətinin milli maraqlarını hər şeydən üstün tutması ilə bağlıdır. O, Türkiyənin təhlükəsizliyi və onun qorunması naminə ardıcıl, sistemli addımlar atır. Bu addımlar isə bir çox hallarda NATO üzvlərinin xoşuna gəlmir.
Bütün bunlar da NATO daxilində Türkiyəyə münasibətdə məlum qeyri-obyektiv davranışı şərtləndirib. İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsində Ankaranın tutduğu prinsipial və qətiyyətli mövqe qurumun bir çox ölkələrini məmnun etməmişdi.

Hətta bəziləri bir qədər də irəli gedib, Türkiyənin NATO-dan çıxarılması məsələsini qaldırmağa çalışırdı. Halbuki, NATO nüzamnaməsinə görə dövlətin özü istəməsə heç bir digər dövlət onu qurumdan xaric edə bilməz. NATO unutmamalıdır ki, üzvləri arasında Türkiyənin əlahiddə yeri vardır. Türkiyəsiz NATO əslində NATO deyil. Görünən odur ki, NATO daxilində üzvlərə münasibətdə ikili yanaşma var”. 

Deputatın fikrincə, NATO-nun indiki geosiyasi reallıqlar fonunda Ankara ilə bu cür davranması əslində qurumun özünün strateji maraqlarına zidd addımdır: 

“Müəyyən NATO üzvləri Türkiyənin mövqeyini dəstəklədiyindən bayram münasibətilə ona təbrik mesajı göndərilib. Bu mesajın göndərilməsində yəqin ki, ənənə amili də rol oynayıb. Amma bu dəfə ənənə üzrə addım atsalar da, sonradan onu pozublar. Görünür, bu halda antitürk dairələr daha üstünlük qazanıb. Amma bu yanlış yanaşmadır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin