İsveçrə hökuməti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi yeni sanksiyalar paketinə qoşulub.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.
Avropa İttifaqının yeddinci sanksiyalar paketinə uyğunlaşdırmalar avqustun 31-dən qüvvəyə minib.
Bildirilib ki, Aİ-nin Rusiyaya qarşı ən sonuncu sanksiyalar paketinin bir hissəsi (Rusiyadan qızıl idxalına qadağa) avqustun 3-dən qüvvədədir. Avqustun 31-dən isə İsveçrə Aİ-nin depozitlərin yerləşdirilməsi və kredit reytinqlərinin müəyyən edilməsi ilə bağlı texniki tədbirlərinə qoşulub.
Bundan əlavə, İsveçrə Avropa İttifaqından Rusiya vətəndaşlarına və ya Rusiyada yerləşən şirkətlərə dövlət müqavilələrinin verilməsinə qadağa kimi sanksiyalara dair də öhdəlik götürüb.
Bu addım İsveçrədə yaşayan Rusiya vətəndaşlarına və ya onların pay sahibi olduğu İsveçrə şirkətlərinə şamil olunmur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:23 / 01.09.2022
İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşuldu
Hazırda oxunan: İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşuldu
Hazırda oxunan: İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşuldu
91445
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.