Ucarda vəhhabi falçı xalasını bıçaqladı

Hazırda oxunan: Ucarda vəhhabi falçı xalasını bıçaqladı

91407

Moderator.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb. 

Kənd sakini 29 yaşlı Abdulrəhmanov Ruslan Mövlud oğlu xalası 50 yaşlı Qafarova Məlahət Zeynal qızını bıçaqlayıb. Qarın nahiyəsindən çoxsaylı bıçaq zərbəsi almış M.Qafarova təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır qiymətləndirir.

R.Abulrəhmanov Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

İlkin məlumata görə, hadisəyə səbəb M.Qafarovanın falçılıq etməsi, vəhhabi olan R.Abulrəhmanovun isə buna qarşı çıxmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin