Hindistanın Uttar-Pradeş ştatında yeniyetmə qız vəhşicəsinə qətlə yetirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qızın qardaşları onun başını kəsərək kənd camaatına göstəriblər.
Hadisə Hindistanın Bamani-Çouki kəndində baş verib. Gənc qızın qətlində şübhəli şəxs kimi 25 yaşlı Gül Həsən və 20 yaşlı Nanxi saxlanılıb.
Onların bacısı Ful Cahan əmisi oğluna ərə getmək istəyib. Amma qardaşlar bacılarının toydan əvvəl adaxlısının yanında gecələməsindən qəzəblənərək onun başını kəsiblər.
Faktla bağlı cinayət işi qaldırılıb, qardaşlar polis tərəfindən saxlanılıb.

































































































