Kremldən Ərdoğanın Krımla bağlı fikirlərinə REAKSİYA

Hazırda oxunan: Kremldən Ərdoğanın Krımla bağlı fikirlərinə REAKSİYA

91355

Ərdoğanın “Krım Ukraynanın olmalıdır”  ifadəsi Moskva ilə Kiyev arasındakı münaqişənin həlli istiqamətində Ankara ilə əməkdaşlığa mane olmur.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu məsələdə Ankara ilə bizim əvvəldən də fikir ayrılığımız olub. Lakin yenə də təkrar edirik:

Krım Rusiyanın bir hissəsidir. Ona görə də Ərdoğanın dedikləri reallaşa bilməz. Ancaq buna baxmayaraq, Türkiyə liderinin fikirləri rəsmi Ankaranın Moskva ilə əməkdaşlığına mane olmur. Biz Türkiyənin taxılla bağlı vəziyyəti aradan qaldırmaq səylərini yüksək qiymətləndiririk. Ona görə də harada bizim üçün faydalıdırsa, əlaqə saxlamışıq, gələcəkdə də əlaqə saxlayacağıq. Əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı potensialımız var”, - deyə Peskov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin