Tesla-dan daha bir elektromobil modeli

Hazırda oxunan: Tesla-dan daha bir elektromobil modeli

9131

Tesla şirkəti məxsusi Çin bazarı üçün hazırlanmış sayca ikinci olan Y elektromobil modelini təqdim edib.

Bizim.Media xəbər verir ki, şirkətin Tvitter səhifəsində verilən məlumata görə, əvvəlki Model3 kimi bu model də iki il əvvəl Şanxay şəhərində istifadəyə verilmiş Tesla Gigafctory müəssisəsində buraxılacaq.

Dünyanın ən böyük elektromobil bazarı olan Çini strateji inkişaf istiqaməti olaraq görən Tesla bu ölkədə illik elektromobil satışlarını 500 mindən 2030-cu ildən sonra 20 milyona çatdırmağı nəzərdə tutur.

Belə ki, ötən il Avropa bazarında geriləyən Tesla Model3 elektromobilin satış həcminə görə 4-cü yerdə qaldı.

Birinci yeri isə Renault Zoe tutub, sonrakı yerlərdə Volkswagen ID 3. və Hyundai Kona qərarlaşıb.

Wedbush ekspertlərinin qənaətincə, 2022-ci ilədək Tesla-nın satışlarının 40 faizindən çoxu Çinin payına düşəcək. (ted.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin