"20 yanvar reallığı vəzifəli şəxslərə ünvanlansın" - ABŞ-da məktub kampaniyasına başlanıldı - FOTO

Hazırda oxunan: "20 yanvar reallığı vəzifəli şəxslərə ünvanlansın" - ABŞ-da məktub kampaniyasına başlanıldı - FOTO

9103

ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) 20 Yanvar faciəsinin 31-cu ildönümünə həsr olunmuş məktub kampaniyasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məktubda Qara Yanvar faciəsinin səbəbləri, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin xalqımıza qarşı insanlığa zidd hərbi cinayət törətməsi, Bakı faciəsinin Budapeşt (1956) və Praqa (1968) hadisələrini xatırlatdığı barədə ətraflı məlumat verilib.

USAN xatırladıb ki, məhz həmin ağır və mürəkkəb dönəmdə soydaşlarımız bir araya gələrək ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıblar. Şəbəkə 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ABŞ-da və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları fəal olmağa, faciəyə aid fotoları, materialları və məktubları bu link vasitəsilə vəzifəli şəxslərə və yerli mətbuata ünvanlamağa çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin