Krımdan Xerson vilayətində gedən döyüş haqda AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Krımdan Xerson vilayətində gedən döyüş haqda AÇIQLAMA - YENİLƏNİB - VİDEO

90983

Rus qoşunlarının işğal etdiyi Xerson yaxınlığındakı Novaya Kaxovka şəhərində həyəcan təbili çalınıb, insanlar bomba sığınacaqlarına üz tuturlar. 

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, işğal administrasiyasının rəhbəri Volodimir Leontyev Rusiya mətbuatına bildirib ki, Ukrayna hərbçiləri bir gün ərzində ondan çox raket zərbəsi endiriblər.

Qondarma Krım rejiminin rəhbəri Sergey Aksyonov Ukrayna Silahlı Qüvvələrinin Xersona hücumunu "Ukrayna təbliğatının feyki" adlandırıb və guya bu hücumu "Qərb ağalarına fəallıq nümayiş etdirmək" məqsədilə təsvir edib.
Özünü regionun yeni “hərbi-mülki administrasiyası” rəhbərinin “müavini” adlandıran Kirill Stremousov bildirib ki, Ukrayna KİV-lərinin Ukrayna Silahlı Qüvvələrinin Xersona hücumu barədə xəbərləri əsassızdır:

"Bu saxta xəbərdir. Ukrayna Silahlı Qüvvələrinin hücumu sanki filmə bənzəyir. Heç kim irəli getmir, heç kim geri çəkilmir. Bütün bunlar fantaziyadır. Biz sakit yaşayırıq, inkişaf edirik”.

Eyni zamanda Nikolaev şəhərinin meri Aleksandr Senkeviç bildirib ki, Nikolaev və Xersonda güclü partlayışlar eşidilib və yerli əhali sığınacaqlara çağırılıb.

Nikolaev vilayətinin rəhbəri Vitali Kim şəhər mərkəzinin güclü atəşə tutulması barədə məlumat verib: “Hələ də raket atırlar. Biz zirzəmini tərk etmirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin