Dünyada koronavirus qurbanlarının sayı 6 487 849 nəfərə çatıb.
Bu barədə Bizim.Media ayrı-ayrı ölkələrin səhiyyə qurumlarının koronavirusa yoluxma üzrə statistikalarına istinadən xəbər verir.
Məlumata görə, dünyada son gün ərzində COVID-19-dan ən çox ölüm Yaponiyada qeydə alınıb. “Gündoğar ölkə”də 248 nəfər koronavirusun qurbanı olub. Pandemiya ərzində Yaponiyada ümumilikdə 172 865 insan COVID-19-da yoluxub, 38 770 nəfər ölüb.
Gündəlik ölüm sayı üzrə siyahıda ikinci yerdə 70 ölüm halı ilə Cənubi Koreya qərarlaşıb. Cənubi Koreyada pandemiya ərzində 85 295 insanda koronavirus aşkarlanıb, 26 569 nəfər ölüb.
Təhlükəli virusdan gündəlik ölüm sayı ilə bağlı vəziyyət Rusiyada da ürəkaçan deyil. Qonşu ölkədə təkcə son bir gündə 83 nəfər koronavirusun qurbanı olub.
Dünyada koronavirusa yoluxanların ümumi sayı 605 745 175 nəfərə, sağalanların sayı 580 933 108 nəfərə çatıb.
Pandemiya ərzində COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb – 96 003 404. Birləşmiş Ştatlar həm də təhlükəli virusdan ölüm sayına görə də dünyada birincidir – 1 069 124. Yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan (44 408 132), üçüncü yerdə Fransa (34 464 687), dördüncü yerdə Braziliya (34 381 295), beşinci yerdə Almaniya (32 041 348) qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:57 / 29.08.2022
Dünyada koronavirusdan ölənlərin sayı 6,5 milyon nəfərə çatdı
Hazırda oxunan: Dünyada koronavirusdan ölənlərin sayı 6,5 milyon nəfərə çatdı
Hazırda oxunan: Dünyada koronavirusdan ölənlərin sayı 6,5 milyon nəfərə çatdı
90870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.