Naməlum cinayətkarlar Kolumbiyanın şimalındakı Maqdalena departamentində jurnalistlər Leyner Montero və Diliya Contrerası öldürüblər.
Bizim.Media xəbər verir ki, bu barədə "Caracol" radio stansiyası bildirib.
Məlumata əsasən, iki silahlı mülki şəxs L.Montero və D.Contrerasdan başqa onların həmkarları Xoakin Qutyerres də olduğu avtomobilə atəş açıb. X.Qutyerres yaralanıb və hazırda xəstəxanadadır.
Bizim.Media