Ağ Ev rəsmi olaraq ABŞ-da faşizmin geniş vüsət aldığını etiraf edib.
Bizim.Media “aif.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yazıb.
"Nəhayət, etiraf etdilər. Ağ Evin mətbuat katibi dedi ki, Amerika cəmiyyəti faşistlərdən ibarətdir. O, respublikaçıların adını çəkib”, deyə diplomat vurğulayıb.
O bildirib ki, Ağ Evin bəyanatına uyğun olaraq, respublikaçılar “faşizm” sözü ilə bağlı olan işlərlə məşğuldurlar.
"Karin Jean-Pier çoxlarının yalnız təxmin etdiyi şeyi ucadan söylədi. ABŞ-da faşizm tüğyan edir" deyə Zaxarova qeyd edib.
“Maraqlıdır, hansısa İsrail dövlət xadimi (Kiyev rejimi haqqında dedikləri kimi) “respublikaçılar arasında çoxlu yəhudi var, ona görə də onlar faşist ola bilməzlər” deyəcəkmi?”, deyə sözçü sual verib.
Bundan əvvəl Zaxarova bildirmişdi ki, Avropa İttifaqı öz ərazisində ukraynalı nasistlərə təlim keçir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:44 / 28.08.2022
Zaxarova: “Ağ Ev ABŞ-da faşizmin tüğyan etdiyini etiraf etdi”
Hazırda oxunan: Zaxarova: “Ağ Ev ABŞ-da faşizmin tüğyan etdiyini etiraf etdi”
Hazırda oxunan: Zaxarova: “Ağ Ev ABŞ-da faşizmin tüğyan etdiyini etiraf etdi”
90863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.