Fransa prezidenti Emmanuel Makron Tuke kommunasında keçirilən musiqi festivalında gözlənilməz hadisə ilə qarşılaşıb.
Bizim.Media “La Voix du Nord” saytına istinadla xəbər verir ki, dövlət başçısı və xanımı “Touquet Music Beach” musiqi festivalında iştirak etmək üçün tədbirin keçirildiyi çimərliyə gəlib.
Makron cütlüyü xüsusi ayrılmış yerə keçən zaman tanınmış caz ustası Mark Rebiye dövlət başçısının ünvanına qeyri-etik ifadələr işlədib. Festivalın təşkilatçılarının caz ustasını sakitləşdirmək cəhdləri fayda verməyib.
Qeyd edək ki, Fransa prezidenti Əlcəzairə son səfərində də xoş olmayan vəziyyətlə qarşılaşmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
07:55 / 29.08.2022
Fransa prezidenti musiqi festivalında təhqir edildi
Hazırda oxunan: Fransa prezidenti musiqi festivalında təhqir edildi
Hazırda oxunan: Fransa prezidenti musiqi festivalında təhqir edildi
90858
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.