Yunanıstan Türkiyə təyyarəsinə raket zərbəsi endirib

Hazırda oxunan: Yunanıstan Türkiyə təyyarəsinə raket zərbəsi endirib

90802

Yunanıstan kəşfiyyat missiyasını yerinə yetirən türk təyyarəsinə S-300 sistemindən raket atıb

Bizim.Media “CNN Türk” telekanalına istinadən xəbər verir ki, bu informasiyanı Türkiyə Müdafiə Nazirliyindəki mənbə yayıb.

Hadisənin avqust ayında baş verdiyi bildirilir.

“Rodosun 10 000 fut qərbində kəşfiyyat aparan növbətçi F-16 Türk təyyarələri Yunanıstan tərəfindən Krit adasında yerləşdirilən Rusiyanın S-300 hava hücumundan müdafiə sistemindən hücuma məruz qalıb”, - deyə qeyd edilir.

“Düşmənçilik hərəkətlərinə baxmayaraq” təyyarələrin tapşırıqları yerinə yetirdiyi və sağ-salamat öz bazalarına qayıtdığı vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin