Pakistandakı sel fəlakətində ölənlərin sayı 1033 nəfərə çatıb.
Bizim.Media xatırladır ki, iyun ayından başlayan musson yağışları Pakistanda xeyli insanın ölümünə səbəb olub.
Vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması nəticəsində onlarla tikili, o cümlədən 1 lüks otel dağılıb.
Bizim.Media