Suriya əməliyyatı ilə bağlı Ankaradan rəsmi AÇIQLAMA

Hazırda oxunan: Suriya əməliyyatı ilə bağlı Ankaradan rəsmi AÇIQLAMA

90777

Suriyada yeni əməliyyatın yeri və vaxtı ilə bağlı qərarı Türkiyənin özü verəcək.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Norveçin "Aftenposten" qəzetinə müsahibəsində deyib.

F.Altun xatırladıb ki, PKK terror təşkilatının Suriya qanadı olan YPG-nin terrorçuları son illərdə vaxtaşırı həm Türkiyə hərbçilərinə, həm də Türkiyənin himayəsində olan Suriyanın mülki əhalisinə qarşı hücumlar, partlayışlar təşkil edirlər, atəşə tuturlar.

Türkiyənin Suriyada antiterror əməliyyatları ilə bağlı Rusiyanın mövqeyi ilə bağlı sualı cavablandıran F.Altun qeyd edib ki, Türkiyə və Rusiya iki suveren dövlətdir və "bir sıra məsələlərdə ölkələrin mövqelərinin üst-üstə düşməməsi tamamilə təbiidir".

"Suriya məsələsində də yanaşmalarda fərqliliklər ola bilər. Bununla belə, biz hesab edirik ki, terrorizmlə mübarizə regionda sülh və sabitlikdə maraqlı olan bütün aktorların ümumi maraqlarına cavab verir", - deyə F.Altun bildirib.

O vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında müasir Türkiyə öz maraqları əsasında və aktual problemləri təkbaşına həll edən dövlətdir: "Türkiyə qərar verərkən üçüncü ölkələrə baxmır, icazə istəmir".

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Ankaranın mövqeyini şərh edən Kommunikasiya İdarəsinin rəhbəri qeyd edib ki, Türkiyə iki Skandinaviya ölkəsinin üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına əmin olsa, o zaman bu ölkələrin müraciətləri Türkiyə tərəfindən təsdiqlənəcək.

O, Ankaranın Helsinki və Stokholma iki əsas tələbini xatırladıb: Türkiyənin müdafiə sənayesinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və terrorçularla mübarizədə aydın mövqe. "Ümid edirik ki, iki Skandinaviya ölkəsi Türkiyəni müttəfiq kimi qəbul edəcək və buna uyğun hərəkət edəcək", - deyə F.Altun əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin