İyun ayından başlayan musson yağışları Pakistanda minə yaxın insanın ölümünə səbəb olub.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, vəziyyətin ən ağır olduğu Xeybər Paktunxva əyalətində dağ çaylarının daşması onlarla tikilini, o cümlədən 1 lüks oteli yuyub aparıb.
İnsanların gözü qarşısında baş verən proses təxminən 10 saniyə çəkib. Lakin turistlər vaxtında təxliyə edildiyindən ölüm olmayıb.
Bəzi yaşayış məntəqələrinin əhalisinə çaylar daşmadan evlərini tərk etmək göstərişi verilib. (Lent.az)
Bizim.Media