ABŞ-ın dövlət katibi Maykl Pompeo Çin hakimiyyətini Sintszyan-Uyğur muxtar rayonunda uyğurların, digər etnik və dini azlıqların nümayəndələrinin soyqırımında ittiham edib.
Söhbət özbaşına həbslərdən və ya bir milyondan artıq dinc sakinin fiziki azadlığının məhdudlaşdırılmasından, zorakılıqla sterilizasiyadan və işgəncələrdən gedir.
Bizim.Media xəbər verir ki, Pompeo vurğulayıb ki, bu cür hərəkətlər Çin xalqının və bütün dünyada sivil millətlərin təhqiridir.
Onun sözlərinə görə, ÇXR və Çin Kommunist Partiyası məsuliyyətə cəlb olunmalıdır.
Vaşinqton Pekini əsassız olaraq saxlanılanların hamısını dərhal azadlığa buraxmağa, saxlanılanların olduğu yerlərdə işgəncələrə və zorakılığa son qoymağa, uyğurların və digər azlıqların təqibinə son qoymağa çağırıb.
Pompeo qeyd edib ki, ABŞ Dövlət Departamenti Sintszyan-Uyğur muxtar rayonunda baş verənlər barədə məlumat toplamağa davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:48 / 20.01.2021
Pompeo Çini uyğurların soyqırımında ittiham etdi
Hazırda oxunan: Pompeo Çini uyğurların soyqırımında ittiham etdi
Hazırda oxunan: Pompeo Çini uyğurların soyqırımında ittiham etdi
9068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.