Çində baş verən dəhşətli partlayışın görüntüləri yayılıb - FOTO

Hazırda oxunan: Çində baş verən dəhşətli partlayışın görüntüləri yayılıb - FOTO

90547
İnterAz-ın RİA “Novosti”x9dyə istinadla verdiyi xəbərə görə, videoçarxdan görünür ki, partlayış dalğasının yetirdiyi zərər olduqca ciddidir. Bundan başqa, Binhay rayonunun böyük hissəsini əhatə edən çoxsaylı yanğınlar videoda qeydə alınıb.
 
Dünən yerli vaxtla 23.30-da 30 saniyə fərqlə Binhay rayonunda “Ruihai Logistics”x9d logistika şirkətinin təhlükəli maddələrin saxlanıldığı anbarında  iki güclü partlayış baş verib. Partlayışlar o qədər güclü olub ki, yerli seysmoloji xidmət tərəfindən qeydə alınıb. Onların gücü 3 və 21 ton trotil ekvivalentində olub.
 
Xilasedicilərin son məlumatına əsasən, hadisə qurbanlarının sayı 44-ə çatıb, 520 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 66-sının vəziyyəti kritikdir. Ölənlər arasında 12 yanğınsöndürən var.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin