Bu gün ABŞ-da ölkənin 46-cı Prezidenti Co Baydenin və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi keçiriləcək. Onlar ABŞ konstitusiyasına sədaqət andı içəcəklər.
Bu ilki inauqurasiya öncəki andiçmə mərasimlərdən fərqlənəcək.
Belə ki, pandemiya görə tədbirdə iştirak edənlərin sayı xeyli az olacaq. Son 152 ildə ilk dəfə ABŞ-ın sonuncu prezidenti öz xələfinin andiçmə mərasiminə qatılmayacaq.
MÖVZU İLƏ BAĞLI:
Tramp Baydenin inaqurasiyasında iştirak etməyəcək
İnauqurasiya Bakı vaxtilə saat 17.45-də Bayden və Harrisin öz həyat yoldaşları ilə birlikdə Vaşinqtondakı Müqəddəs Matfey katolik kilsəsini ziyarət etmələri ilə başlayacaq.
Yeni prezident saat 21.00-da Kapitolidəki Konqress binasında and içəcək və saat 00.15-də hərbçilərin müşayiəti ilə Ağ Evə gedəcək.
Mərasim saat 06.55-də Bayden və Harrisin öz həyat yoldaşları ilə birlikdə Ağ Evin eyvanına çıxaraq ora toplaşanları salamlamaları ilə başa çatacaq.
Bizim.Media