Gəncə terrorunun qurbanları  Qazaxıstanda anıldı

Hazırda oxunan: Gəncə terrorunun qurbanları  Qazaxıstanda anıldı

904

Bu gün saat  14:00-dan etibarən  Azərbaycanın  Qazaxıstandakı səfirliyində anım tədbiri keçirilib.  Nur Sultan şəhərindəki anım mərasimi  Ermənistanın Gəncə şəhərinə ballistik raketlərlə  hücumu, həmçinin digər bölgələrə təcavüzu  nəticəsində  həlak olan körpələrin, günahsız mülki şəxslərin xatirəsini anmaq məqsədilə təşkil edilib.  Azərbaycan səfirliyinə olunan çoxsaylı vətəndaş müraciətlərinə görə, həmin faciəvi hadisələri əks etdirən anım guşəsi tərtib olunub.  Anım tədbirinə gələn insanlar etiraz əlaməti olaraq, ermənilərin terror əməllərini əks etdirən fotoları səfirliyin divarlarına  yapışdırıblar. Soydaşlarımız, Qazaxıstan xalqının nümayəndələri  Azərbaycan səfirliyinin qarşısına gül çələngləri, uşaq oyuncaqları və yanan şamlar gətiriblər.

Konfliktin başlanma səbəbi ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov  açıq brifinq keçirərək, 1949-cu il Cenevrə Konvensiyasının şərtlərinin hər gün erməni terrorçuları tərəfindən pozulduğunu, azərbaycanlıların öz tarixi torpaqlarını geri almaq üçün Vətən savaşına başladıqları barədə ətraflı məlumat verib.  Ermənilərin  uşaq qatili olması faktlarla diqqətə çatdırılıb.  Azərbaycan səfirliyinə gələn Qazaxıstan vətəndaşları,rus, koreyalı, qazax və s. millətdən olan insanlar öz çıxışlarında  mülki vətəndaşlara qarşı keçirilən  terroru bəşəri cinayət adlandırıblar.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin