Rusiya ordusunun Ukraynanın Çaplino vağzalına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, onlardan ikisi uşaqdır.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko məlumat verib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski bununla bağlı dünən gecə xalqa müraciət edib:
“Bugünkü ağrımız Çaplinodur. Bu dəqiqəyə olan məlumata görə, 22 ölü var, onlardan beşi avtomobildə yanıb, 11 yaşlı bir yeniyetmə ölüb. Rusiya raketi onun evini dağıdıb. Dəmiryol vağzalında axtarış-xilasetmə işləri davam etdiriləcək”.
Qeyd edək ki, Kiril Timoşenko Çaplino kəndinə, eləcə də stansiyaya ümumilikdə beş raket zərbəsi endirildiyini deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:18 / 25.08.2022
Ukraynanın Çaplino vağzalında ölənlərin sayı 25-ə çatdı - İkisi uşaqdır
Hazırda oxunan: Ukraynanın Çaplino vağzalında ölənlərin sayı 25-ə çatdı - İkisi uşaqdır
Hazırda oxunan: Ukraynanın Çaplino vağzalında ölənlərin sayı 25-ə çatdı - İkisi uşaqdır
90357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.