Vətəndaş müharibəsi, nəzarətdən çıxan ölkə, təhlükəli strategiya... - Türkiyə üçün ŞOK PROQNOZLAR

Hazırda oxunan: Vətəndaş müharibəsi, nəzarətdən çıxan ölkə, təhlükəli strategiya... - Türkiyə üçün ŞOK PROQNOZLAR

90224
İngiltərənin “Times”x9d qəzetində dərc olunan bir yazıda Türkiyə ilə bağlı şok proqnozlar irəli sürülür.

Moderator.az xəbər verir ki, səkkiz nəfərin həyatını itirdiyi Sultanbeyli və Silopidəki hücumlara toxunan qəzet Türkiyənin genişmiqyaslı bir müharibə ilə qarşı-qarşıya olduğunu yazıb.
 
Yazıda Kral Birləşmiş Xidmətlər İnstitutunun əməkdaşı Mixael Stefensinin fikirləri yer alıb. “Vətəndaş müharibəsi demək istəmirəm, amma vəziyyət nəzarətdən çıxır. Türkiyə üçün narahatlıq doğuran bir durumdu. Ölkənin bunun öhdəsindən necə gələcəyi müəyyən deyil”x9d, - o deyib.
 
İngilis nəşri son üç həftədə baş verən hadisələrinin ölkəni qütbləşdirdiyini qeyd edib.
 
Xəbərdə 7 iyun parlament seçkilərində AKP-yə səs verən kürdlərin partiyaya etibarını itirdiyi yazan “Times”x9d hesab edir ki, PKK-ya qarşı əməliyyatlar isə milliyyətçilərin AKP-yə dəstəyini artıra bilər.
 
Təhlükəsizlik və İnkişaf Siyasətləri İnstitutunun Türkiyə üzər mütəxəssisi Garet Jenkinsin fikrincə, prezident Rəcəb Tayyib Ərdoğanın iki məqsədi var: “HDP-ni terror təşkilatları ilə  əlaqələndirərək etibardan və yeni seçkilərdə milliyyətçilərin səslərini geri qaytarmaq. Bu olduqca təhlükəli strategiya. AKP səslərin əksəriyyətini yenidən əldə edə bilər. Amma bu türk cəmiyyətinə zərər verir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin