İtaliya keçmiş baş naziri Silvio Berluskoni "bunga bunga" adlı seks partilərini təşkil etdiyi villasını satır.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Berluskoni bir müddət əvvəl Səudiyə Ərəbistanı baş naziri və krallığın varisi Şahzadə Məhəmməd bin Nayefə villanı gəzdirərək "Versal sarayından da gözəldir" deyib.
Şahzadə villanı əmisi, kral Salman bin Əbdüləziz əl Suudun adına almaq istəyib. Həmin vaxt Kral Fransada xüsusi çimərlik alaraq istirahət edərkən tənqid olunduğu üçün tətilini yarımçıq saxlamışdı.
Qeyd edək ki, Sardinya adasındaki "Villa Certosa" adlı villanın 68 otağı, 6 hovuzu, süni yanardağı var. 495 milyon avroya (təxminən 542 milyon dollar) satılan malikanə Berluskoninin seks partiləri ilə gündəmə gəlmişdi. Keçmiş baş nazir məhz buradakı intim həyatına görə məhkəmə qarşısına çıxmışdı.



































































































