Bu ölkələrdə meymunçiçəyindən ölümlər qeydə alındı

Hazırda oxunan: Bu ölkələrdə meymunçiçəyindən ölümlər qeydə alındı

90167

Meksika və Kubada meymunçiçəyi ilə bağlı iki ölüm faktı qeydə alınıb, baxmayaraq ki, heç bir ölkə ölümləri virusla əlaqələndirməyib.

Bizim.Media xəbər verir ki, məlumat Braziliya və Ekvadorda son bir ay ərzində bildirilən meymunçiçəyi ilə bağlı ölümlərdən sonra ortaya çıxıb.

Meksikanın Səhiyyə Nazirliyi bildirib ki, ekspertlər septik şok və pnevmoniyadan ölən İİV xəstəsinin ölüm səbəbini araşdırırlar: onun meymunçiçəyi testi müsbət çıxıb.

Ümumilikdə, Meksikada 386 təsdiqlənmiş və 862 ehtimal olunan meymunçiçəyi hadisəsi qeydə alınıb.

Kuba səlahiyyətliləri 50 yaşlı italiyalı kişinin şənbə günü meymunçiçəyi diaqnozu qoyulduqdan sonra bazar günü öldüyünü açıqlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin