Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kremlin mətbuat xidməti yayıb.
Söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
"Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyi təsdiqlənib", - məlumatda bildirilib.
Tərəflər regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolunu vurğulayıblar.
Bundan başqa, Paşinyan və Putin Ermənistan və Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqliyin gələcək inkişafı üçün bəzi aktual məsələləri müzakirə ediblər.
Bizim.Media