“Uçan Naməlum Obyektləri (UNO) araşdırmaq üçün “tam güc” rejiminə keçirik”.
Bizim.Media "space.com"a istinadən xəbər verir ki, bu barədə NASA Elm Missiyası Direktorluğunun Tədqiqatlar üzrə direktor köməkçisi Daniel Evans baş tutan iclasda bildirib.
"Bu, bizim üçün həqiqətən vacibdir və və yüksək prioritet təşkil edir. Tədqiqatda dünyanın bəzi aparıcı alimləri, məlumat praktikantları, süni intellekt üzrə praktikantlar, aerokosmik təhlükəsizlik mütəxəssisləri olacaqlar” – deyə Evans qeyd edib.
15-17 nəfərlik tədqiqat heyətinə 100.000 dollara qədər büdcə ayrılacaq və tədqiqat tamamilə açıq olacaq, yəni məxfi hərbi məlumatları ehtiva etməyəcək.
Təxminən 9 ay davam edəcək tədqiqata Nyu Yorkdakı Simons Fondunun prezidenti, astrofizik David Spergel rəhbərlik edəcək.
Qeyd edək ki, Agentlik iyun ayında Uçan Naməlum Obyektlər (UFO - Unidentified Flying Objects) ifadəsini rebrendinq edərək UAP (Unidentified Aerial Phenomena) kimi dəyişdirib.
Bizim.Media