Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatdı

Hazırda oxunan: Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatdı

90134

Avqustda Ukraynadan taxıl ixracı münaqişədən əvvəlki həcminə çatıb.

Bizim.Media “lemonde.fr”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, intensiv beynəlxalq əməkdaşlıq sayəsində Ukrayna avqstda təxminən 4 milyon ton dənli bitki ixrac edəcək.

Fevralın 24-də Rusiya ilə münaqişə başlayanadək Ukrayna hər ay orta hesabla 5 milyon ton dənli bitki ixrac edirdi. Martda isə ixracın dayanması dünyada dənli bitkilərin bahalaşması ilə nəticələndi.

22 iyulda Türkiyə və BMT-nin vasitəşiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında imzalanan sazişdən sonra ixracat bərpa edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin