“Apple”x9d şirkəti 9 sentyabrda yeni “iPhone”x9d smartfonunu təqdim edəcək. ANS PRESS-in məlumatına görə, BuzzFeed News saytı öz mənbələrinə istinadən yazır ki, “Apple”x9d şirkəti sentyabrın ikinci həftəsində keçirəcəyi mətbuat konfransında “iPhone”x9d smartfonunun yeni versiyasını - "iPhone 7"ni və “Apple TV”x9d təqdim edəcək.
İnternet nəşri həmçinin xatırladır ki, ötən ilki tədbir, yəni iPhone 6-nın təqdimatı da 9 sentyabr tarixində keçirilmişdi.
Hələ ki “Apple”x9d şirkəti bu informasiyanı rəsmi təsdiq və ya təkzib etməyib. “Apple”x9dın fəaliyyətini izləyən digər nəşrlər bildiriblər, “BuzzFeed”x9d adətən öz proqnozlarında səhv etmir.
“Apple”x9d, həmçinin “iPad”x9d planşet kompüterinin yeni modelini təqdim edə bilər.
"iPhone 7"nin necə olacağı bu telefon həvəskarlarının hər birini maraqlandırır. Səbirsizliklə gözlənilən yeni smartfon cihazı haqqında artıq bəzi məlumatlar var.
Növbəti nəsil “iPhone”x9d smartfonu “Force Touch”x9d ekranı, “A9”x9d prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz ediləcək.

"iPhone 7"
Bəs dizayn əvvəlki modellərə bənzəyəcək? İlk bəlli olan o idi ki, dizaynerlər "iPhone 7"ni "Apple" şirkətinin cihazlarında istifadə olunan dizaynla hazırlayıblar.
İPhone 7 anlayışı, indiki vaxtda çərçivəsiz ekranlı telefonların böyük maraq görməsindən əhəmiyyətli ölçüdə təsirlənir.

"iPhone 6" dizaynını xatırladan quruluş üzərinə hazırlanan "iPhone 7", cihazın arxa hissəsində olan "Apple" logosunun işıqlı olması diqqət çəkir.

































































































