Aralıq dənizində NATO qüvvələri çərçivəsində növbətçi uçuş həyata keçirən Türkiyənin F-16 qırıcı təyyarələri digər NATO üzvü Yunanıstan F-16-ları tərəfindən radar kilidi ilə təcavüzə məruz qalıb.
Bizim.Media "Milliyet.com.tr"-yə istinadən xəbər verir ki, Yunanıstanın türk qırıcılarına radar kilidi qoymasından dərhal sonra lazımi cavab verildiyi və yunan təyyarələrinin bölgədən çıxarıldığı vurğulanıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən məsələnin NATO səlahiyyətlilərinə çatdırıldığı bildirilib.
Həmçinin, Ankaradakı yunan hərbi ataşe sözügedən nazirliyə çağırılıb və ona Yunanıstanın bu davranışının NATO missiyasını təhlükə altına adlğı çatdırılıb. Bir daha qeyd edilib ki, Yunanıstan bölgədə gərginliyi artırmağa çalışır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:01 / 23.08.2022
Yunanıstan odla oynayır: Türkiyə qırıcıları anında CAVAB VERDİ
Hazırda oxunan: Yunanıstan odla oynayır: Türkiyə qırıcıları anında CAVAB VERDİ
Hazırda oxunan: Yunanıstan odla oynayır: Türkiyə qırıcıları anında CAVAB VERDİ
90095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.