"Krım və Sevastopolun qeyri-qanuni ilhaqını tanımırıq" - Aİ liderləri 

Hazırda oxunan: "Krım və Sevastopolun qeyri-qanuni ilhaqını tanımırıq" - Aİ liderləri 

90069

"Krım Ukraynadır, Aİ Krımın və Sevastopolun qeyri-qanuni ilhaqını tanımır və tanımayacaq". 

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Krım Platformasının ikinci sammitində çıxışında deyib.

“Rusiyanın Ukraynaya qarşı aqressiyası bu ilin fevralında başlamayıb, "bu təcavüz 2014-cü ildə Krımın ilhaqı ilə başlayıb. Müharibə milyonlarla ukraynalının, Ukrayna ailələrinin böyük ağrılarına, itkilərinə səbəb olub.
Rusiya həm də Krımdan tranzit kimi istifadə edir və minlərlə ukraynalını Krım vastəsilə "filtrasiya kamplarına" göndərir, Ukrayna limanlarını blokadaya alır və biz bunun həm Ukrayna iqtisadiyyatına, həm də qlobal ərzaq təhlükəsizliyinə ciddi təhlüklərininin şahidi olmaqdayıq.

Biz həmçinin Zaporojiye AES-in davamlı zərbələrə məruz qalmasından dərin narahatlıq keçiririk” – deyə Mişel qeyd edib. 

Aİ Şurasının Prezidenti əlavə edib ki, Aİ hər zaman Ukraynanı dəstəkləyib: "Biz Rusiyanın təcavüzünü ən sərt şəkildə pisləyirik və bu ölkənin beynəlxalq hüquqa hörmət etməsini tələb edirik". 

Şarl Mişel deyib ki, Aİ Ukraynaya maliyyə dəstəyi, hərbi dəstək verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin