Hindistanda bir qadın ərini öldürmək üçün üç qatilə pul verib. Onlar isə əvəzində kişi ilə dost olublar və qətli ketçupla səhnələşdiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Mirror” nəşri yayıb.
Mənbə qeyd edir ki, qadın başqa kişi ilə sevgili olub, daha sonra isə ərini öldürmək qərarına gəlib.
O, sifariş üçün üç kişi tapıb və onların hər birinə 2300 dollar ödəyəcəyini vəd edib. Lakin qatillər hədəfə yaxınlaşanda hər şey plana uyğun getməyib.
Onlar müştərinin əri ilə dost olublar və qadının ideyasını ona danışıblar. Cinayəti saxtalaşdırmaq üçün kişinin paltarına ketçup töküblər və bir neçə şəkil çəkiblər. Ər hər şeyi polisə danışdıqdan sonra məlum olub ki, bu işdə onun qayınanasının da əli olub.
Ər isə arvadını bağışladığı üçün polis məmurlarından onu cəzalandırmamağı xahiş edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:43 / 23.08.2022
Hindistanlı qadın qatillərə ərini öldürməyi əmr etdi, lakin onlar…
Hazırda oxunan: Hindistanlı qadın qatillərə ərini öldürməyi əmr etdi, lakin onlar…
Hazırda oxunan: Hindistanlı qadın qatillərə ərini öldürməyi əmr etdi, lakin onlar…
90042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.