Ukrayna ordusu Doneskdə yerləşən şəhər “administrasiyası”nın binasına zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, mərmi "DXR rəhbəri"nin inzibati binasına dəyib. Daha sonra yanğın başlayıb.
Rusiya mətbuatı qeyd edir ki, qondarma “rəhbər” Denis Puşilin xəsarət almayıb.
Xatırladaq ki, Ukrayna hərbçiləri şəhərin Voroşilovski rayonuna 155 kalibrli 10-dan çox mərmi atıb. 18 yaşlı oğlan həlak olub.
Bizim.Media