BMT-dən İrana ÇAĞIRIŞ – “Dini azlıqları təqib etməyi dayandırın”

Hazırda oxunan: BMT-dən İrana ÇAĞIRIŞ – “Dini azlıqları təqib etməyi dayandırın”

90000

Birləşmiş Millətlər Təşkilatının (BMT) bir qrup eksperti İran hökumətinin hakimiyyət orqanlarından dini azlıqlara qarşı təqib və basqıları dayandırmağı və dindən vətəndaşların fundamental hüquqlarını boğmaq üçün alət kimi istifadə etməməyi tələb edib.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, ekspertlər bununla bağlı avqustun 22-də bəyanat dərc edib.

“Biz əsassız həbslərin artması və bəzi hallarda Bəhai təriqətinin mənsublarının zorla yoxa çıxması, onların əmlakının məhv edilməsi və ya müsadirə olunmasından dərin narahatıq və bütün bunlar sistematik təqib siyasətinin əlamətləridir” – deyə bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, bu təzyiqlər tək-tək hallar deyil, hər hansı fərqli dini inanc və ya əməli hədəfə alan daha geniş siyasətin bir hissəsidir, o cümlədən xristianlığı qəbul edənlərə, Qonabadi dərvişlərinə və ateistlərə münasibətdə.

“Beynəlxalq ictimaiyyət İran hakimiyyətinin dini azlıqları və ya müxalif fikirli insanları susdurmaq və onları evlərindən qovmaq üçün casusluq və ya milli təhlükəsizliklə bağlı ittihamlar kimi qeyri-müəyyən ittihamlardan istifadə etməsinə səssiz qala bilməz”,-deyə bəyanatda qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin