Dostları ilə rəqs edərkən görüntüləri internetə sızan və tənqid hədəfinə çevrilən Finlandiyanın Baş naziri Sanna Marinə fin qadınlardan dəstək gəlib.
Bizim.Media “sondakika.com”a istinadən xəbər verir ki, qadınlar sosial şəbəkələrdə “Solidarity with Sanna” (“Sanna ilə həmrəylik”) həştəqi ilə paylaşımlar ediblər. Onlar Marini dəstəkləmək üçün rəqs edib əyləndikləri videoları çəkərək sosial şəbəkədə paylaşıblar.
Bu kampaniyaya dünyanın bir çox ölkəsindən qadınlar qatılıblar. Videolarda qadınlar 36 yaşlı Marinin də rəqs edib əylənmək haqqının olduğunu dilə gətiriblər.
Qeyd edək ki, Marin məclisə qatıldığını təsdiqləyib, lakin dəqiq harada və nə vaxt olduğunu söyləməkdən imtina edib.
Eyni zamanda o, narkotik qəbul etdiyi iddialarına son qoymaq üçün narkotik testindən keçib. Hökumət test nəticəsinin neqativ olduğunu açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:37 / 23.08.2022
Gecə klubunda rəqsi olay olan Baş nazirə qadınlardan DƏSTƏK - VİDEO
Hazırda oxunan: Gecə klubunda rəqsi olay olan Baş nazirə qadınlardan DƏSTƏK - VİDEO
Hazırda oxunan: Gecə klubunda rəqsi olay olan Baş nazirə qadınlardan DƏSTƏK - VİDEO
89944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.