Duqinanın qətlində şübhəli bilinən qızın atası danışdı - VİDEO

Hazırda oxunan: Duqinanın qətlində şübhəli bilinən qızın atası danışdı - VİDEO

89928

Rusiyalı jurnalist Darya Duqinanın qətlində şübhəli bilinən Natalya Vovkun atası qızının Ukrayna Silahlı Qüvvələrində xidmət etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “iz.ru” saytında yerləşdirilib.

“Qızım Ukraynaya məxsus “Azov” qruplaşmasının tərkibində yox, Ukrayna Silahlı Qüvvələrində xidmət edib. Sonra xidmətini başa vurub”. O, RİA Novosti-yə müsahibəsində belə deyib. Vovkun atası həmçinin qeyd edib ki, qızı Kiyev tərəfindən Donbass şəhərlərinin atəşə tutulması əməliyyatında iştirak etməyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Daşa Duqinaya görə” sözləri yazılan mərmilər Ukrayna ərazisinə atıldı - VİDEO


Xatırladaq ki, filosof Aleksandr Duqinin qızı avqustun 20-də axşam saatlarında vəfat edib.

“Toyota Land Cruiser” markalı avtomobil Moskva vilayətinin Zaxarova kəndindən “Ənənə” ədəbiyyat və musiqi festivalına gedirmiş. Saat 21:35 radələrində Bolşiye Vyazemi kəndi yaxınlığındakı Mojayskoe şossesində avtomobil partlayaraq yanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, cinayəti Ukrayna xüsusi xidmət orqanları hazırlayıb və onun icraçısı Ukrayna vətəndaşı Natalya Vovk olub. Faktla bağlı cinayət işi başlanıb.

Bazar ertəsi səhər saatlarında hüquq-mühafizə orqanları Vovkun ekstradisiyası üçün axtarışa veriləcəyini bildiriblər.

Avqustun 22-də FTX-nin yaydığı videoya görə, Natalya Vovk qızı ilə iyulun 23-də Rusiyaya daxil olub. Sərhədi keçən zaman saçı sarı, ölkədən çıxanda isə tünd olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin