Rusiya rəsmi Kiyevin "Zaporojye" Atom Elektrik Stansiyasının (AES) ətrafında davam edən təxribatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının avqustun 23-də təcili iclasının keçirilməsini xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ümumdünya Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında məlumat verib.
"Ukraynanın AES-yə qarşı davam edən təxribatları ilə əlaqədar olaraq, biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki "beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər" bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik. İclas Avqustun 23-də Moskva vaxtı ilə saat 22:00-a planlaşdırılıb”, - D.Polyanski qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:11 / 22.08.2022
Rusiya BMT Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASINI ÇAĞIRDI
Hazırda oxunan: Rusiya BMT Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASINI ÇAĞIRDI
Hazırda oxunan: Rusiya BMT Təhlükəsizlik Şurasının TƏCİLİ İCLASINI ÇAĞIRDI
89883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.