Ukrayna ikinci cəbhəni niyə açdı? – İLGİNC DETALLAR

Hazırda oxunan: Ukrayna ikinci cəbhəni niyə açdı? – İLGİNC DETALLAR

89746

Ukrayna Rusiya ilə ikinci cəbhəni də açdı. Donbasdakı uğursuzluğa rəğmən Krım cəbhəsinin açılması heç cürə Ukraynanın lehinə işləyən faktor deyil. Bunu yəqin ki, Volodimir Zelenski və onun komandası da yaxşı bilir. Bununla belə Krım cəbhəsi açıldı. Daha doğrusu Ukrayna bu cəbhənin açılmasına zorlandı. 

İkinci cəbhənin açılması kimlərin işinə yarayır?

Heç bir halda bu cəbhə Ukraynanın işinə yaramır. Çünki, Donbas cəbhəsində belə Ukrayna doğru-düzgün ruslara müqavimət göstərə bilmirdi. Ona görə də ikinci bir cəbhənin açılması Ukrayna üçün yeni itkilər, yeni faciələr deməkdir.

Krım cəbhəsinin açılması heç Rusiyanında xeyrinə işləyən faktor deyil. Çünki, Moskvanın nəzarətində olan Krım özünün dinc həyatını yaşayırdı. Və yeni müharibə ocağının yaranması bütün hallarda Rusiyanın lehinə deyil.
 

MÖVZU İLƏ BAĞLI:

“Müharibə bu şərtlə bitəcək” – Ukrayna Prezidenti Ofisi 


Bu cəbhənin açılması heç Avropaya da lazım deyildi. Onsuz da Ukraynada başlayan müharibə Avropanın əl qolunu bağlayıb. Avropa dövlətləri son 30 ilin ən qorxulu iqtisadi çöküşünü yaşayır. Belə bir ağır vəziyyətdə ikinci cəbhənin açılması Qərbə heç cür sərf eləmir.

Belə vəziyyətdə bütün nəzərlər Vaşinqtona dikilir. Yeni münaqişə ocağı ancaq ABŞ-ın maraqlarına xidmət edir. Çünki, Rusiya-Ukrayna münaqişəsi dünyanın mizanını pozub. Belə bir vəziyyətdə isə ABŞ yeni düzən qurmaq istəyir. Vaşinqtona bu işdə əngəl olacaq 3 qüvvə var. Aİ, Rusiya və Çin. Ukraynada baş verənlər həm Rusiyanın, həm də Avropa dövlətlərini buxovlayıb.

Bu dövlətlər hazırda ABŞ-a müqavimət göstərmək iqtidarında deyil. Çininsə Tayvan kimi həssas problemi var. Ağ Ev də Çini bu həssas yerindən vurur. Son 15 gündə Tayvanda ABŞ rəsmilərinin qıcıq yaradan hərəkətləri onu göstərir ki, Vaşinqton Pekinə yerini bilməyi tövsiyyə edir. Xatırladır ki, Çin ABŞ-ın planlarına burnunu soxmasın.

Əks təqdirdə Tayvanı Çinin üzərinə saldıra bilər. Ona görə də Çin ABŞ-ın iddiaları qarşısında susmaq məcburiyyətindədir.

Türkiyə ABŞ-ın qorxulu kabusudur

Bununla belə Krım müharibəsi daha bir gücə qarşı hazırlanmış plandır. Bu güc Türkiyədir.

Məlum olduğu kimi bir müddət əvvəl Ərdoğanın patronajlığı ilə İstanbulda 4 tərəfli görüş keçirildi. Bu uğurlu görüşdə Rusiya, Ukarayna rəsmiləri ilə yanaşı BMT-nin baş katibi də iştirak edirdi. Görüşün nəticəsi olaraq Rusiya Ukraynaya humanitar dəhliz verdi.

Bu dəhlizdən Ukraynadakı ərzaqlıq buğda və digər məhsullar dünya bazarına çıxarılmağa başladı. Lakin, bu böyük siyasi və iqtisadi prosesdən ABŞ kənarda qaldı. Daha doğrusu kənarda saxlanıldı.

Təbii ki, sivilizasiyanın alqışladığı belə bir razılaşmadan kənarda qalması ABŞ-ın siyasi nüfuzuna böyük zərbə idi. Ağ Ev onların iştirakı olmadan hansısa beynəlxalq razılaşmanın reallaşmasını həzm eliyə bilməzdi. Və bilmədi də. Məhz həmin günlərdə Ukraynanın Krıma hücum planı ortaya atıldı.
Həmin ərəfədə Türkiyə prezidenti Rusiya lideri ilə görüşmək üçün Soçiyə gəldi. Bütün dünya bu görüşü çox böyük həyəcanla izləyirdi. Çünki, humanitar dəhlizin açılmasından sonra hər kəsdə belə bir ümid yaranmışdı ki, Ukrayna ilə Rusiyanın razılığa gələ bilməyəcəyi heç bir problem yoxdur. Amma yenə də Vaşinqton faktoru diqqətdən qaçırılmışdı.

Soçi görüşündən həmən sonra Ərdoğan Zelenskiylə görüşmək üçün Kiyevə uçdu. Türkiyə lideri təbii ki, Putinin şərtlərini Zelenskiyə çatdırmaq üçün Ukraynaya gedirdi.

Lakin, son anda Ağ Ev vacib həmləsini etdi. Üzdə bu danışıqları alqışlasa da əməldə uğurlu prosesə əngəl oldu. Vaşinqtonun göstərişi ilə BMT-nin baş katibi Antonio Qutereş də Kiyevə uçdu. Ona görə belə deyirik ki, BMT faktiki olaraq Ağ Evin təsiri altında olan bir təşkilatdır.

Birincisi, ona görə ki, BMT-nin formalaşan büdcəsində ən böyük pay sahibi ABŞ-dır. 

İkincisi, BMT-nin əsas iqamətgahı Nyu-Yorkda yerləşir. Bu iki faktor BMT-ni ABŞ-ın girovuna çevirib.

Ona görə də 17-18 avqust tarixlərində Kiyevdə keçirilən görüşlərdə heç bir uğur əldə edilmədi. Əksinə, məhz həmin günlərdə Ukrayna Krıma raket zərbələri endirdi.

Özü də Türkiyənin pilotsuz raketləri ilə. Beləcə, ABŞ “bir güllə ilə iki quş vurdu”. Həm gözlənilən sülh danışıqları durduruldu, həm də, Rusiya ilə Türkiyə arasına nifaq toxumu səpildi. 
Bütün bunlardan hasil olan nəticə budur ki, ABŞ dünyanın tək ağasına çevrilmək yolunda sürətlə irəliləyir. Onu durduracaq gücsə hələlik gözə dəymir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin