İki qız Almaniya kanslerinin qarşısında sinələrini açdı - FOTO

Hazırda oxunan: İki qız Almaniya kanslerinin qarşısında sinələrini açdı - FOTO

89684

Almaniya kansleri Olaf Şolzla “Açıq qapı” günü çərçivəsində baş tutan fotosessiya zamanı iki qız sinələrini açıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın gündəlik “Bild” qəzeti yazıb.

Mühafizə əməkdaşları nalayiq hadisəyə tez reaksiya verib və sürətlə qızları ərazidən uzaqlaşdırıblar.

Lakin hadisə yerindən görüntülər mediaya sızmağı bacarıb. Kadrlar göstərir ki, kansler çılpaq qızların arasında düz ortada dayanaraq çaşqın vəziyyətdə qalıb. O, qızlara tərəf çönüb baxmayıb.

“Açıq qapı” günü çərçivəsində bazar günü kanslerin ofisinin ərazisindəki bağçada Şolzla fotosessiya təşkil olunub. Mühafizəçilər dövlət başçısına yaxınlaşmağa icazə verməzdən əvvəl siyasətçinin yanında şəkil çəkdirmək istəyənlərin cibindəki bütün əşyaları yoxlayıblar.

Bu tədbirlərə baxmayaraq, iki qız Şolzun yanında nəinki sinələrini açmağa, həm də onun qarşısında boyalı əskinasları yerə səpməyi bacarıblar.

Kansler, öz növbəsində, sakitliyi qorumağa çalışıb. Qısa bir fasilədən sonra fotosessiyaya davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin