Baş nazir narkotik testindən keçdi: "Bu ittihamları ciddi hesab edirəm və..."

Hazırda oxunan: Baş nazir narkotik testindən keçdi: "Bu ittihamları ciddi hesab edirəm və..."

89630

Finlandiya Baş naziri Sanna Marin narkotik testindən keçib.

Bizim.Media TASS-a xəbər verir ki, Baş nazir heç vaxt narkotik qəbul etmədiyini qeyd edib:

“Son günlər cəmiyyətdə narkotikdən istifadə etdiyim barədə ittihamlar səslənir. Mən bu ittihamları çox ciddi və ağır hesab edirəm. Öz hüquqi müdafiəm üçün narkotik testindən keçmək tələbini əsassız hesab etsəm də, bu cür şübhələri aradan qaldırmaq üçün bunu etdim”.

Finlandiyanın 36 yaşlı lideri siyasi rəqiblərinin tənqidinə səbəb olan şəxsi videolarının mediada yer almasından qəzəbləndiyini qeyd etməklə yanaşı, yaxşı əyləndiyini də etiraf edib.

“Bu videolar özəldir və şəxsi məkanda lentə alınıb. Onların ictimaiyyətə yayılmasından qəzəblənirəm”.

Qeyd edək ki, Sanna Marinin əyləncələrini əks etdirən görüntülər az öncə mediada tirajlanıb. (Axar)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin